Bank Of Baku

Berlində Üzeyir Hacıbəyovun anadan olmasının 124 illiyi münasibətilə tədbir keçiriləcək

Berlində Üzeyir Hacıbəyovun anadan olmasının 124 illiyi münasibətilə tədbir keçiriləcək
# 17 sentyabr 2009 13:38 (UTC +04:00)
Bakı-APA. Sabah Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun anadan olmasının 124 illiyi münasibətilə tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan musiqisi günü ilə bağlı keçiriləcək tədbir “Xalq musiqisi tükənməz bir xəzinədir” devizi altında təşkil ediləcək. Gecədə Ü. Hacıbəyovun “Koroğlu” operasından üvertüra səsləndiriləcək. Azərbaycanın Almaniyadakı Səfirliyinin ikinci katibi Ramil Fərzəliyev qonaqlara Azərbaycanda hər il keçirilən “Üzeyir musiqi günü” ilə bağlı məlumat verəcək.
AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova “Üzeyir Hacıbəyovun irsi”, Potzdam Universitetinin doktorantı Maisə Əliyeva isə “Üzeyir Hacıbəyovun həyat pillələri” mövzusunda çıxışlar edəcəklər. Tədbirdə Ü. Hacıbəyovun publisistikası haqqında da danışılacaq. Gecədə bəstəkarın “O olmasın bu olsun” musiqili komediyası əsasında çəkilmiş bədii filmdən parçalar göstəriləcək. Tədbir Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR