Bank Of Baku

Rustavi məktəblərində təhsil alan azərbaycanlı şagirdlər üçün süni problemlər yaradılır

Rustavi məktəblərində təhsil alan azərbaycanlı şagirdlər üçün süni problemlər yaradılır
# 23 sentyabr 2009 08:25 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Rustavidə fəaliyyət göstərən 12 saylı orta məktəbdə gürcü, Azərbaycan və rus sektoru fəaliyyət göstərir. APA-nın Gürcüstan bürosunun məlumatına görə bu gün məktəbdə yeni dərs ili başlanıb. Məktəbin gürcü şöbəsində 206, rus şöbəsində 280, Azərbaycan şöbəsində 350 şagird təhsil alır. Yeni dərs ilinin başlanması ərəfəsində məktəbdə azərbaycanlı şagirdlər üçün yeni bir problem yaranıb. Yeni dərs ilindən azərbaycanlı şagirdlərin bir qismini digər məktəblərə göndərmək istəyirlər. Bu barədə APA-nın əməkdaşına açıqlama verən valideynlər qeyd ediblər ki, uşaqların başqa məktəblərə köçürülməsi ciddi problemlər yaradır: “Uşaqlarımız hələ balacadır və biz uşaqlarımızın bir qismini bir məktəbdə, digər qisminin başqa məktəbdə təhsil almasına razı deyilik. Buna maddi imkanımız çatmır. Bu problem barədə biz Rustavi şəhər merinə, qubernatorluğa, hətta Gürcüstan Elm və Təhsil Nazirliyinə müraciət etmişik. Lakin hələlik ölçü götürən yoxdur".

Məktəb direktoru Gela Zitlidze APA-ya açıqlamasında uşaqların bir qisminin başqa məktəblərə köçürülməsini sinif otaqlarının çatışmaması ilə əlaqələndirib: “Bu səbəbdən təklif etmişik ki, ibtidai siniflərdə oxuyan şagirdlər 18 saylı məktəbə getsinlər. Mən bu gün yenidən valideynlərin fikirlərini öyrənmək üçün onlarla söhbət edəcəyəm. Bu, Təhsil Nazirliyinin təklifidir". Valideynlərdən Gülhava Babanlı APA-ya bildirib ki, məhz azərbaycanlı şagirdlərin başqa məktəbə köçürülməsinin səbəbi məlum deyil: “Nə üçün məhz azərbaycanlı məktəbliləri başqa məktəbə köçürürlər? Axı, bu məktəb Rustavidə yeganə azərbaycanlı sektorudur. Biz valideynlər təklif irəli sürürük ki, rus sektorunu başqa məktəblərə köçürsünlər”. Məktəbdə Azərbaycan sektorunun müdiri vəzifəsindən azad edilmiş Bəhram İsayev isə bildirib ki, Rustavidə 20, 18, 3, 6 saylı məktəblərdə rus sektorları fəaliyyət göstərir: “Mənə elə gəlir ki, rus sektorunda oxuyan şagirdləri bu məktəblərdə yerləşdirmək olar".

Rustavi Təhsil Resursları Mərkəzinin rəhbəri Marina Uqulava APA-ya bildirib ki, məktəbdə Qəyyumlar Şurası fəaliyyət göstərir: “Onlar hər şeyi həll edə bilər. Qeyd edim ki, birincilər üçün 18 saylı məktəbdə istənilən şərait yaratmışıq. İndi söz valideynlərindir. Yerli hakimiyyət orqanları onlar üçün nəqliyyat ayırmağı da düşünür".

Qeyd edək ki, 12 saylı orta məktəbin Qəyyumlar Şurasında azərbaycanlılar təmsil olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR