Bank Of Baku

“Diaspora və soydaşlar birliyi: azərbaycanlıların xaricdə fəaliyyətinin iki inkişaf istiqaməti” mövzusunda dəyirmi masa keçirilib

“Diaspora və soydaşlar birliyi: azərbaycanlıların xaricdə fəaliyyətinin iki inkişaf istiqaməti” mövzusunda dəyirmi masa keçirilib
# 28 sentyabr 2009 10:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Diaspora və soydaşlar birliyi: azərbaycanlıların xaricdə fəaliyyətinin iki inkişaf istiqaməti” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Rusiya İslam Komitəsinin sədri Heydər Camal və İTAR-TASS informasiya agentliyinin əməkdaşı Səadət Qədirova məruzə ilə çıxış ediblər.

H. Camal bildirib ki, Rusiyadakı Azərbaycan diasporası daha çox soydaşlar birliyidir, çünki bu diasporanın nümayəndələrinin əksəriyyəti Rusiya cəmiyyətinə inteqrasiya olunmur, qapalı həyat tərzi keçirir, vətənlə daimi əlaqədə olur və milli ənənələrə sadiq qalır: “Digər qrup azərbaycanlılar isə diasporaya çevrilmir, çünki rusiyalı olmağa can atır və Azərbaycan onları itirmiş olur”. H. Camal Rusiyada yaşayan azərbaycanlıların böyük əksəriyyətinin ticarətlə məşğul olduğunu, bununla yanaşı, müxtəlif dövlət strukturlarında, xüsusən Daxili İşlər Nazirliyində, elmi dairələrdə çoxlu azərbaycanlının çalışdığını və bu şəxslərin diasporanın təşkilatlanmasında iştirak etmədiyini deyib. Rusiyada digər millətlərə münasibətdən danışan H. Camalın fikrincə, azərbaycanlılara orta asiyalılar və şimali qafqazlılarla müqayisədə daha yaxşı münasibət var.

Səadət Qədirova isə hesab edir ki, Rusiyada azərbaycanlıların müxtəlif diaspora təşkilatları yaradılsa da, onlar heç bir iş görmür, faydalı fəaliyyətlə məşğul olmurlar. O hesab edir ki, azərbaycanlılar ilk növbədə Dağlıq Qarabağ mövzusu ətrafında birləşməli və onlar arasında Rusiya televiziya kanallarına çıxa biləcək politoloqlar yetişməlidir. S. Qədirova Rusiyada uğur qazanan azərbaycanlıları diasporanın fəaliyyətində iştirak etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR