Bank Of Baku

İsveçrə və Fransada yaşayan azərbaycanlı qadınlar xeyriyyə aksiyası keçirib

İsveçrə və Fransada yaşayan azərbaycanlı qadınlar xeyriyyə aksiyası keçirib
# 28 sentyabr 2009 22:25 (UTC +04:00)
Bakı – APA. İsveçrənin Bazel şəhərində “Azərbaycanın Dostları” Birliyinin təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib.

Birliyin sədri Arzu Əliyevanın APA-ya verdiyi xəbərə görə, İsveçrə və Fransada yaşayan bir qrup vətənpərvər azərbaycanlı xanımın təşkil etdiyi tədbirə türk, rus və yəhudi qadınlar da qatılıb. Azərbaycanın Qax rayonundan olan 10 əlil uşağa yardım məqsədi daşıyan xeyriyyə tədbirində birliyin üzvü Yeşim Dəmirdaş qonaqlara Azərbaycan və Qax rayonu, həmçinin yardım göstəriləcək xəstə uşaqlar haqqında məlumat verib.

Qeyd edək ki, xeyriyyə aksiyasına digər diaspor təşkilatları - Soloturndakı “Azərbaycan Türkləri” Kültür Dərnəyinin üzvləri, Berndə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi də qatılıblar. Mədəniyyət Mərkəzi uşaqlar üçün 3 əlil arabası, xəstə uçun kran və uşaq paltarları ayırıb.

Xeyriyyə aksiyası haqqında hesabat tezliklə tədbirə dəstək verən qurumlara təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR