Bank Of Baku

“Borçalı” İctimai Cəmiyyəti Faxralı kəndində tarixi məscidin bərpası ətrafında baş vermiş insidentlə bağlı bəyanat yayıb

“Borçalı” İctimai Cəmiyyəti Faxralı kəndində tarixi məscidin bərpası ətrafında baş vermiş insidentlə bağlı bəyanat yayıb
# 29 sentyabr 2009 07:36 (UTC +04:00)
Bakı-APA. “Borçalı” İctimai Cəmiyyəti Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində tarixi məscidin bərpası ilə bağlı baş vermiş insidentə münasibət bildirib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, bununla bağlı yayımlanan bəyanatda bildirilir ki, təşkilat Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafında maraqlı olduğunu hər zaman bəyan edib: Problemlərin yalnız dialoq, qarşılıqlı anlaşma və ortaq maraqlar prinsipinə əsaslanaraq ədalətli həllinin tərəfdarıyıq. Gürcüstanda keçirilən “Borçalı türklərinin elat mədəniyyəti günü” tədbiri də məhz bu sağlam mühitin yaranmasına xidmət məqsədi daşıyırdı. Təəssüf ki, Gürcüstanda bəzi dairələr bütün mənalarda məsuliyyət hisslərini itirərək dini zəmində qarşıdurmaya rəvac verən təhlükəli tendensiyanın əsasını qoymağa çalısırlar. Bu günlərdə bir qrup gürcü keşişi Faxralı kəndində təmir edilən qədim məscidə hücum edərək heç bir normaya sığmayan aqressiv mövqe nümayiş etdirib, məsciddə aparılan təmir-tikinti işlərinin qətiyyətlə dayandırılmasını tələb edib, bəziləri yerli sakinlərə gəlmələr deyərək onları təhqir ediblər. Acınacaqlı haldır ki, keşiş qiyafəli xuliqanlar öz hərəkətlərini yerli hüquq mühafizə orqanlarının, rəsmi şəxslərin qarşısında ediblər. Heç şübhəmiz yoxdur ki, Gürcüstanın Bolnisi rayonundakı türk-müsəlman kəndlərinin girəcəklərində ucaldılan xaç işarələri də həmin təxribatçıların işidir”. Cəmiyyət Faxralı sakinlərini daha dözümlü olmağa çağırıb və hesab edir ki, bu olay və onu törədənlər Gürcüstan-Azərbaycan dostluğuna xəyanət etmək istəyən təhlükəli “həlqənin” görünən tərəfidir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR