Bank Of Baku

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı 4 kənd sel fəlakəti ilə üzləşib

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı 4 kənd sel fəlakəti ilə üzləşib
# 29 sentyabr 2009 15:41 (UTC +04:00)
Laqodexi. Nizami Məmmədzadə - APA. Bir neçə gün aramsız yağan leysan yağışları Gürcüstanın Laqodexi rayonunda yaşayan azərbaycanlılara ciddi ziyan vurub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Qabal kənd icra nümayəndəliyinin ərazisinə daxil olan Uzun Tala, Qabal, Qaracalar və Gəncəli kəndlərindəki evləri su basıb. Gürcüstan parlamentinin azərbaycanlı deputatları Ramin Bayramov, Azər Süleymanov, Laqodexi rayonundan deputat seçilmiş Quram Qaqalaşvili, Laqodexi İcra Hakimiyyətinin başçısı Giya Qozaleişvili və Qabal kənd icra nümayəndəsi Camal Niyazov təbii fəlakətlə üzləşən kəndlərdə olublar. R. Bayramov APA-ya bildirib ki, Qabal kənd nümayəndəliyinin ərazisinə aid olan 200-ə qədər evə ciddi ziyan dəyib: “Biz soydaşlarımızla görüşüb onların problemləri ilə yaxından tanış olduq. Sel suları magistral yolda yeni salınmış körpünü və daha iki körpünü uçurub. Kəndlərdə əkin yerləri tamamilə sıradan çıxıb, əhalinin yetişdirdiyi tərəvəz məhsulları suyun altında qalıb, qış üçün toplanmış ərzaq ehtiyatını sel yuyub aparıb. Rayonda yaradılmış fövqəladə hallar üzrə komissiya təbii fəlakətin vurduğu ziyanı hesablayır. Biz də qərara gəldik ki, bir qrup deputatın müraciətini hazırlayaq və mərkəzi büdcədən problemlərin həll edilməsi üçün vəsait ayrılmasına nail olaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR