Bank Of Baku

Moskva vilayətində iki azərbaycanlını deputatlığa namizədliyi qeydə alınıb

Moskva vilayətində iki azərbaycanlını deputatlığa namizədliyi qeydə alınıb
# 30 sentyabr 2009 11:21 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Rusiya vətəndaşı olan soydaşlarımız Nemət Əlləz oğlu Ağayev və Olqa Bəxtiyar qızı Yusifova Moskva vilayətinin İstra şəhər tipli yaşayış məntəqəsini əhatə edən 1 saylı seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınıblar. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, Azərbaycanlıların Rusiyada Milli-Mədəni Muxtariyyətinin İstra rayon bölməsi öz təcrübəsində ilk dəfə olaraq deputatlığa namizəd irəli sürüb. Bölmənin rəhbəri Qalib Ağayev azərbaycanlı namizədlərin seçicilərlə görüşlər keçirdiyini, həmçinin aktiv fəaliyyətlə məşğul olduğunu bildirib. Qeyd edək ki, Niyazi Ağayev fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur, Olqa Yusifova isə Moskva Layihə İnstitutunda işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR