Bank Of Baku

ABŞ, Kanada, Almaniya, İngiltərə və İsveçdən gəlmiş əslən Güney Azərbaycandan olan ziyalılar mətbuat konfransı keçiriblər

ABŞ, Kanada, Almaniya, İngiltərə və İsveçdən gəlmiş əslən Güney Azərbaycandan olan ziyalılar mətbuat konfransı keçiriblər
# 06 oktyabr 2009 11:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlının dəvəti ilə ABŞ, Kanada, Almaniya, İngiltərə və İsveçdən gəlmiş əslən Güney Azərbaycandan olan 12 ziyalı mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, DAK həmsədri S. Rüstəmxanlı bildirib ki, cənublu ziyalılarının səfərində məqsəd onları Azərbaycanın müstəqillikdən sonrakı uğurları ilə tanış etməkdir: “Bununla həm də müstəqilliyin verə bildiyi bütün dəyərli hisləri göstərmək istəyirdik. Digər məqsədimiz isə müxtəlif ölkələrdə yaşayan azərbaycanlı ziyalıları diasporumuzun təşkilatlanması işinə daha da səfərbər etməkdir”. S. Rüstəmxanlının sözlərinə görə, Azərbaycanda da Güney Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı mərkəzlərin yaradılmasına ehtiyac var: “Azərbaycan Milli Elmlər Akademiyasında onlarla gərəksiz institut fəaliyyət göstərir. Nəyə görə bir dənə Güney Azərbaycan İnstitutu, yaxud Güney Azərbaycan Araşdırmalar Mərkəzi olmasın?”

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə bildirib ki, İranda azərbaycanlılarının öz hüquqlarını əldə etməyin yeganə yolu ədəbiyyatdan keçir: “Bu dildə yazdıqlarınızı çap etmək hüququnu kimsə əlinizdən ala bilər, amma yazmaq hüququnu heç kim əlinizdən almır. Yazıçılar Birliyinin mətbuat orqanlarının qapıları güneyli ziyalılara həmişə açıqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR