Bank Of Baku

Estoniyada “Eston məktəblərində xalqlar həftəsi” layihəsinə start verilib

Estoniyada “Eston məktəblərində xalqlar həftəsi” layihəsinə start verilib
# 08 oktyabr 2009 15:17 (UTC +04:00)
Bakı-APA. Estoniya Təhsil Nazirliyinin həyata kecirdiyi “Eston məktəblərində xalqlar həftəsi” layihəsinə start verilib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə eston məktəblilərini Estoniyada yaşayan milli azlıqlar və azsaylı xalqlarla tanış etmək məqsədi daşıyır. Bu ölkədə fəaliyyət göstərən həftə sonu məktəblərinin iştirakı ilə həyata keçirilən layihənin ideyasını dəstəkləyənlər arasında Azərbaycan bazar günü məktəbindən başqa rus, Ukrayna, Dağıstan və digər xalqların həftə sonu məktəbləri də var. “Azərbaycan günü”nun ilk tədbiri Tallindəki Köhnə şəhər Gimnaziyasında keçirilib. Tədbirin ideya müəllifi və təşkilatçısı Estoniyadakı Azərbaycan Həftə sonu məktəbinin rəhbəri Sərvinaz Kərimova olub. “Azərbaycan - odlar yurdu! ” devizi altında keçirilən tədbir böyük maraq doğurub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR