Bank Of Baku

ABŞ-da 9-cu Türk festivalı keçirilib

ABŞ-da 9-cu Türk festivalı keçirilib
# 12 oktyabr 2009 07:07 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 10-11-də ABŞ-ın Hyuston şəhərində 9-cu Türk festivalı keçirilib. Hyuston Azərbaycanlılar Təşkilatından (HAT) APA-ya daxil olan məlumata görə, tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə baş tutub. HAT tədbirdə fəal iştirak edib. Festival Hyustonun mərkəzində yerləşən Cons meydanında baş tutub. Türkiyə, Azərbaycan və Bosniya icmalarını bir araya gətirən tədbirdə Hyuston sakinlərinin marağını cəlb edib. Tədbirdə HAT üzvləri qonaqlara Azərbaycan mədəniyyətindən, tarixindən və adət-ənənələrindən geniş məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR