Bank Of Baku

Bərpasına imkan verilməyən Faxralı kənd məscidi Gürcüstan Mədəniyyət Nazirliyində tarixi mədəniyyət abidəsi kimi qeydiyyata götürüləcək

Bərpasına imkan verilməyən Faxralı kənd məscidi Gürcüstan Mədəniyyət Nazirliyində tarixi mədəniyyət abidəsi kimi qeydiyyata götürüləcək
# 13 oktyabr 2009 10:00 (UTC +04:00)
Faxralı. Nizami Məmmədzadə-APA. Faxralı kənd məscidinin bərpası ilə əlaqədar Tiflis Cümə məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məşədi Əli Əliyev Gürcüstanın mədəniyyət naziri ilə görüşüb. Bu barədə APA-nın Gürcüstan bürosuna Faxralı kənd sakinləri məlumat veriblər. QMİ nümayəndəsi nazirə Faxralı kənd məscidinin Gürcüstanın tarixi mədəniyyət abidəsi kimi qeydiyyatdan keçirilməsini və daha sonra bərpa işlərinə başlanmasını təklif edib. Nazirlikdən bildiriblər ki, bu təklif müsbət qəbul olunub və Faxralı kənd məscidi oktyabrın 15-də Mədəniyyət Nazirliyində qeydiyyatdan keçəcək. Gürcüstan patriarxı, katalikos II İlya da buna etiraz etməyib və məscidin bərpası üçün əlindən gələn köməyi göstərəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR