Bank Of Baku

Avropa Azərbaycanlıları Konqresi Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara etirazını bildirib

Avropa Azərbaycanlıları Konqresi Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara etirazını bildirib
# 14 oktyabr 2009 15:10 (UTC +04:00)
Bakı-APA. Avropa Azərbaycanlıları Konqresi (AAK) Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara etirazını bildirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı AAK-ın prezidenti Başar Kömürün imzası ilə bəyanat yayılıb. Komitəyə daxil olan bəyanatda deyilir ki, Azərbaycanın işğal edilmiş torpaqları azad edilmədən, ev-eşiyindən didərgin düşmüş 1 milyon azərbaycanlı doğma ata-baba yurduna dönmədən, on minlərlə şəhidin qanı yerdə qaldığı halda Türkiyə ilə Ermənistan arasında atılacaq hər hansı barış addımı yalnız və yalnız zalıma cəsarət verə bilər: “Hər şeydən əvvəl Azərbaycanın haqq səsi eşidilməlidir. Qafqazda sülh və əmin-amanlığın bərqərar olması bizim də arzumuzdur. Lakin sülh hüquq və ədalətə əsaslanmalıdır. Beynəlxalq hüquq ayaq altına atılmamalıdır”.
Başar Kömür AAK adından bəyan edib ki, torpaqlarının 20 faizinin işğal altında olması yalnız Azərbaycanın problemi deyil, “mən Türkəm, mən müsəlmanam” deyən hər kəsin problemi olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR