Bank Of Baku

Almaniyadakı azərbaycanlılar Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara etirazlarını bildiriblər

Almaniyadakı azərbaycanlılar Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara etirazlarını bildiriblər
# 16 oktyabr 2009 15:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla əlaqədar bəyanatla çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda xaricdə yaşayan azərbaycanlıların Türkiyənin bu addımından narahat olduqları bildirilir. AAKM Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının indiki vəziyyətdə regionda sülhün bərqərar olmasına deyil, əksinə, durumun gərginləşməsinə, xalq və ictimaiyyət arasında narahatlığa gətirib çıxaracağına əmin olduğunu bəyan edib.

Almaniyada fəaliyyət göstərən digər Azərbaycan təşkilatları da analoji bəyanatla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR