Bank Of Baku

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri Gürcüstanda səfərdədir

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri Gürcüstanda səfərdədir
# 21 oktyabr 2009 07:29 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Füzuli Nəcəfov və Vaqif Fətullayev Gürcüstanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə 30 QHT-nin təmsilçiləri iştirak edib. Açıq dialoq şəkilində davam edən müzakirələrdə təhsil, din və dillə bağlı məsələlər diqqətdə saxlanılıb, komitənin dəstəyi ilə həyata keçiriləcək yeni layihələrlə əlaqədar təklif və rəylər dinlənilib. Bu məsələlərdə Gürcüstanda yaşayan azərbaycanlı gənclərin rolu və iştirakı, eyni zamanda fəaliyyəti əsas müzakirə obyektlərindən biri olub. Qərara alınıb ki, dekabr ayında Gürcüstanda yaşayan azərbaycanlı gənclərin forumu keçirilsin.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov APA-ya açıqlamasında dekabr ayında Gürcüstandakı azərbaycanlı gənclərin yeni qurumunu yaratmaq fikrində olduqlarını deyib: “Dövlət xətti ilə maliyyə köməyi həmişə olacaq. Ən başlıcası odur ki, estafeti gənclər öz əllərinə alsın. Gürcü cəmiyyətinə inteqrasiya, dövlət dilini bilmək və bu ölkənin ictimai-siyasi həyatında yaxından iştirak, qanunlara hörmət, ona uyğun fəaliyyət proqramı tərtib etmək ən məqsədyönlü tədbirlərdən olmalıdır. Azərbaycan istəyir ki, soydaşlarımız eyni hüquqlu vətəndaşlar kimi bu torpaqda yaşasınlar. Bunun üçün nəyə ehtiyac varsa, onu ödəməyə hazırıq. Gənclərin forumunda biz sadəcə, müşahidəçi qismində iştirak edəcəyik”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri bu gün Qafqaz Universitetində təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin Gürcüstan Azərbaycanlıları Konqresinin üzvləri ilə görüşəcəklər. Onlar Faxralı kənd məscidinə də baş çəkməyi planlaşdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR