Bank Of Baku

Yazıçı Anar Almaniya Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb - FOTO

Yazıçı Anar Almaniya Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb - <font color=red>FOTO</font>
# 22 oktyabr 2009 22:58 (UTC +04:00)
Bakı – APA. Berlin şəhərindəki “Gloria Event” zalında "Kapadokya Kültür Derneği”nin təşkilatçılığı ilə “Berlin türkçe şiir şöleni” adl ədəbi-bədii gecə keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gecəyə Azərbaycan, Türkiyə, Avropa, Türkmənistan, Kərkük və Qazaxıstandan olan şairlər qatılıblar. Tədbirdə respublikamızı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar təmsil edib. Esenqali Raushanov (Türkmənistan), Bekir Salim, Rasim Koroğlu (Türkiyə) və türkdilli ədəbiyyatın digər nümayəndələri də bu axşamın qonağı olublar. Gecədə iştirak edən şairlər öz əsərlərindən parçalar təqdim edib, türkdilli ədəbiyyatın müasir dövrdəki vəziyyəti barədə geniş və maraqlı müzakirələr aparıblar.

Daha sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Berlindəki Azərbaycan diaspor nümayəndələri ilə xalq yazıçısı Anarın görüşü təşkil olunub. Mərkəzin icraçı direktoru Samirə Patzer-İsmayılovanın dediyinə görə, Azərbaycan Yazıçılar Birliyinin sədri ilə görüşə Almaniyada fəaliyyət göstərən müxtəlif cəmiyyətlərin rəhbərləri və nümayəndələri, xeyli fəal həmvətənimiz və ədəbiyyatsevərlər toplaşıblar. Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatının müasir dövrdə inkişafından, türkdilli xalqların ədəbiyyatlarının qarşılıqlı münasibətlərindən, ümumiyyətlə, Türkiyə və Azərbaycan mədəniyyətlərinin tarixi əlaqələrindən söhbət açıb.

Anar çıxışından sonra müxtəlif sualları cavablandırıb. Müzakirələrdən sonra Naiba Tural Anarın şeirlərini oxuyub. Görüşdən məmnun qaldığını deyən xalq yazıçısı Anar AAKM-ə və tədbirə toplaşanlara diaspor fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR