Bank Of Baku

Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri “Qızıl Buta” mükafatına layiq görülüb

Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri “Qızıl Buta” mükafatına layiq görülüb
# 27 oktyabr 2009 12:37 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin keçirdiyi rəy sorğusuna görə, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (GAMM) “Qızıl Buta” mükafatına layiq görülüb. Bu barədə APA-nın Gürcüstan bürosuna Fazil Həsənov məlumat verib. Onun sözlərinə görə, “Dünya Azərbaycanlıları” İctimai Mərkəzi Azərbaycanda “Qızıl Buta” mükafatı ilə bağlı respondentlər arasında sorğu keçirib. Sorğuda iştirak edən respondentlərin 16 %-i iş adamı, 19 %-i elm xadimi, 18 %-i məmurlar, 17 %-i tələbələr, 3 %-i işsizlər, 27 %-i müxtəlif peşə sahibi olmuşlar. 6.500-ə yaxın respondent arasında keçirilən sorğuda iştirakçıların 53,6 %-i kişiləri, 46,4 %-i qadınları təmsil edib.
Qeyd edək ki, GAMM rəhbəri Fazil Həsənov bu mükafata Gürcüstanda uğurlu ictimai fəaliyyətinə görə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR