Bank Of Baku

Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernator müavini ilə görüşüb

Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernator müavini ilə görüşüb
# 27 oktyabr 2009 19:35 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 27-də Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsi qubernatorunun müavini Hüseyn Yusifovla görüşüb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri, təhsil və torpaqla bağlı həllini tapmayan bəzi məsələlər və onların çözüm yolları, soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı müzakirə aparılıb.

H.Yusifov Kvemo-Kartli qubernatoru David Kirkitadzenin Nazim İbrahimovun dəvəti ilə bu ilin sonunadək Azərbaycana səfər edəcəyi barədə məlumat verib. Onun sözlərinə görə, Gürcüstan dövləti dekabr ayının əvvəllərinə nəzərdə tutulan Gürcüstanda yaşayan Azərbaycanlı Gənclərin Forumunun keçirilməsini dəstəkləyir və tədbirin təşkilinə kömək göstərməyə hazırdır.

N.İbrahimov isə bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiyası məqsədilə Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən layihələr bundan sonra da davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR