Bank Of Baku

Kocaelidə Heydər Əliyev Dostluq Evi fəaliyyətə başlayacaq

Kocaelidə Heydər Əliyev Dostluq Evi fəaliyyətə başlayacaq
# 28 oktyabr 2009 13:32 (UTC +04:00)
Kocaeli-APA. Azərbaycan Evi Dərnəyi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başçısı Bilal Dündar ilə Kocaeli Büyükşəhər Bələdiyyəsi başçısı İbrahim Karaosmanoğlu arasında protokol imzalanıb. APA-nın məlumatına görə, Büyükşəhər Bələdiyyəsi Kocaeli Azərbaycan Evi Dərnəyinə 220 kvadratmetr yer verib. Bu bina Heydər Əliyev Dostluq Evi kimi istifadə olunacaq. Binada Heydər Əliyevin büstü qoyulacaq. Binanın yarısı Heydər Əliyev muzeyi olacaq. Muzeydə Azərbaycan tarixi ilə bağlı müxtəlif şəkillər, afişa və məlumatlar yer alacaq. Bundan başqa, binada fəaliyyət göstərəcək kitabxanada Azərbaycan tarixi ilə bağlı kitablar yer alacaq. Heydər Əliyev Adına Azərbaycan Dostluq Evinin açılışı təntənəli şəkildə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR