Bank Of Baku

Azərbaycanlı Zaur Abbasov Ukrayna prezidentliyinə namizədliyini irəli sürüb

Azərbaycanlı Zaur Abbasov Ukrayna prezidentliyinə namizədliyini irəli sürüb
# 28 oktyabr 2009 14:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Ukrayna vətəndaşı olan azərbaycanlı Abbasov Zaur Cavanşir oğlu bu ölkənin prezidenti olmaq istəyir. APA-nın Ukrayna KİV-nə istinadən məlumatına görə, o prezident seçkilərində iştirak etmək üçün qeydiyyat sənədlərini poçt vasitəsilə Ukrayna Mərkəzi Seçki Komissiyasına göndərib. MSK-dan verilən məlumata görə, sənədlər paketi tam deyil, gəlirlər haqqında deklarasiya və məcburi pul girovu ödədiyini təsdiq edən sənəd təqdim olunmayıb. Bundan başqa soydaşımız MSK sədrinin adını Vladimir Şapoval əvəzinə Andrey Strijak yazıb. Qeyd edək ki, 1958-ci ildə Gəncədə anadan olan Zaur Abbasov Dneprpetrovskda yaşayır. Müvəqqəti işsiz olan Zaur Abbasov Xalq Partiyasının üzvüdür. O, 2002-ci ildə Ali Radaya seçkilərdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR