Bank Of Baku

Avropada yaşayan azərbaycanlı qadınlar yeni təşkilat yaradır

Avropada yaşayan azərbaycanlı qadınlar yeni təşkilat yaradır
# 02 noyabr 2009 20:58 (UTC +04:00)
Bakı – APA. Yaxın günlərdə Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyi təsis olunacaq. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Avropa ölkələrində yaşayan azərbaycanlı xanımlar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, milli adət-ənənələrini təbliğ etmək üçün bir araya gələrək belə bir qurum yaratmaq təklifi ilə çıxış ediblər. Bu təşəbbüsü ilk olaraq irəli sürən Niderland Krallığında yaşayan, Azərbaycan və Niderland Yazıçılar İttifaqlarının üzvü Gülşən Kazımova bildirib ki, 2004-cü ildə Hollandiyada onun rəhbərliyi altında “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyi fəaliyyətə başlayıb. Lakin bu təşkilat yalnız Niderlanddakı qadınları bir araya gətirdiyindən, belə bir zərurət ortaya çıxıb.

Gülşən Kazımova onu da deyib ki, qloballaşan dünyada sivilizasiyalararası dialoqun qurulmasında bəşəri və milli dəyərlərin harmoniyasını, sintezini özündə təcəssüm etdirən “Azərbaycan Qadını” fenomeninin təbliği olduqca vacibdir: “Bu gün yeni dünyada müasir Azərbaycan qadınının obrazı ölkəmizin birinci xanımı, UNESCO-nın və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın simasında təcəssüm edir. Onun ictimai-siyasi fəaliyyətdən ruhlanaraq, Avropa məkanında Azərbaycanın mənafelərini qorumaq və ölkəmizin imicini daha da yüksək səviyyələrə qaldırmaq istiqamətində görülən işlərə dünya qadın təşkilatları sırasına qoşulmaqla öz töhfəmizi vermək istəyirik”.

Qeyd edək ki, bu il noyabr ayının sonlarına yaxın Almaniyada Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təqdimatı nəzərdə tutulub. Bu çərçivədə Avropanın müxtəlif şəhərlərindən gəlmiş qadınların iştirakı ilə təşəbbüs qrupunu ilk toplantısı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR