Bank Of Baku

Qraf Pyotr Şeremetyev Azərbaycanın Rus İcmasının III qurultayında iştirak etmək üçün Bakıya gələcək

Qraf Pyotr Şeremetyev Azərbaycanın Rus İcmasının III qurultayında iştirak etmək üçün Bakıya gələcək
# 03 noyabr 2009 12:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycandakı rus diasporu rahat yaşayır və hüquqlarının pozulması təhlükəsindən uzaqdır”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin söyləyib. Cənubi Qafqazda ən çoxsaylı rus icmasının Azərbaycanda yaşadığını bildirən Zabelinin sözlərinə görə, hazırda ölkəmizdə 160 min rus məskunlaşıb: “Məhz Azərbaycanda stabil yaşayış imkanları mövcud olduğuna görə Rusiyaya çox az sayda rus köçür, əksər hallarda isə onlar geri qayıdırlar. Ötən il 15 ailə Azərbaycana qayıtmaq arzusunda olduğunu bildirib, onlardan 8 ailə artıq geri qayıdıb”.

Mixail Zabelin noyabrın 6-da Bakıda keçiriləcək Azərbaycanın Rus İcmasının üçüncü qurultayında rus icması üçün həyati əhəmiyyətli məsələlərin müzakirə olunacağını deyib. Qurultaya Azərbaycanın müxtəlif rayon və şəhərlərindən 320 nümayəndə, həmçinin xarici qonaqlar qatılacaqlar. Bundan başqa Fransadan qraf Pyotr Şeremetyev, Danimarkadan knyaz Dmitri Romanov, Moskva hökumətinin nümayəndələri, Moskva və Ryazanda yaşayan azərbaycanlı icmasının təmsilçiləri qatılacaqlar. Qurultay qonaqlarının proqramına İsmayıllının İvanovka kəndinə səfər, Heydər Əliyev Fondunda görüşlər daxildir.

Mixail Zabelin rus icmasının əsas problemlərindən biri kimi gənclər arasında Azərbaycan dilini bilənlərin azlıq təşkil etdiyini vurğulayıb. Bununla əlaqədar icma rus gənclərin Azərbaycan dilinə marağını artırmaq üçün müsabiqələr təşkil etmək niyyətindədir. Rus icması həmçinin ilin sonuna kimi “Azərbaycanın rus gəncliyi – ölkənin iqtisadi və siyasi həyatına inteqrasiya məsələləri” mövzusunda konfrans keçirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR