Bank Of Baku

Qraf Pyotr Şeremetyev Ermənistan mediasında yazılanları təkzib edib

Qraf Pyotr Şeremetyev Ermənistan mediasında yazılanları təkzib edib
# 03 noyabr 2009 12:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Qraf Pyotr Şeremetyev “Dağlıq Qarabağ Respublikası”nın hərbçilərini mükafatlandırması barədə Ermənistan kütləvi informasiya vasitələrində çıxan xəbərləri təkzib edib. APA-nın məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycanın Rus İcmasının rəhbəri, millət vəkili Mixail Zabelin məlumat verib. O Pyotr Şeremetyevlə telefon danışığının audio yazısını jurnalistlərə təqdim edib. Qraf Şeremetyev bildirib ki, ermənilərin yazdıqları kökündən yalandır: “Mən qeyzlənmişəm, bu yalan və böhtandır. Ağlıma belə gətirə bilmərəm ki, kimsə mənim icazəm olmadan bu mükafatı kiməsə təqdim etmiş olsun. Bu məlumatı tam təkzib edirəm və katibliyimdən xahiş edirəm ki təkzibim mətbuatda dərc olunsun”. Qraf Şeremetyev “Ümumdünya Şəfqəti” beynəlxalq xeyriyyə fondunun Qəyyumlar Şurasının üzvü olduğunu təsdiqləyib: “Mənə qarşı ləyaqətsiz hərəkətə yol verdiklərinə bu fondun sıralarını tərk edirəm. Yeganə istəyim odur ki, maksimum tez müddətdə təkzibim qəzetlərdə dərc olunsun”.
Qeyd edək ki, bu günlərdə erməni mediasında “DQR uğrunda döyüşlərdə” fədakarlıq nümayiş etdirmiş şəxslərin qraf Şeremetyev tərəfindən mükafatlandırılması barədə məlumatlar dərc olunmuşdu. Məlumata görə, mükafatları qraf Şeremetyevin adından Beynəlxalq Atamanlar Şurası sədrinin birinci müavini, kazak generalı Sergey Mədətyan təqdim edib. Mükafat alanlar sırasında Ermənistanın müdafiə naziri Mikael Arutyunyan və “Artsaxın xilaskar döyüşçüləri” İttifaqının sədri Samvel Karapetyan da var.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR