Bank Of Baku

İsveçrə prezidenti Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbərinə məktub göndərib

İsveçrə prezidenti Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbərinə məktub göndərib
# 03 noyabr 2009 14:27 (UTC +04:00)
Bakı-APA. İsveçrə prezidenti Hans-Rudolf Merts bu ölkədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirova rəsmi məktub göndərib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda dövlət başçısı bu mərkəzin İsveçrə və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələri genişləndirdiyi, dərinləşdirdiyi üçün, eləcə də isveçrəlilərə Azərbaycan mədəniyyətini yaxından tanıtdığına, yüksək səviyyədə təbliğ etdiyinə görə təşəkkürünü bildirib. İsveçrədə Azərbaycan mədəniyyəti günlərinin açılışında səslənən musiqiyə böyük maraq göstərdiyini vurğulayan Hans-Rudolf Merts məktubunda əlavə edib ki, bu musiqini eşidən hər kəsdə Azərbaycan mədəniyyətini daha dərindən öyrənmək istəyi oyanır.

Xatırladaq ki, İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı oktyabrın 19-da, Azərbaycan prezidenti İlham Əliyev bu ölkəyə rəsmi səfəri zamanı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR