Azərbaycanın Rus İcmasının 3-cü qurultayı keçirilir
Açılış mərasimində Əli Həsənov prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu səsləndirib. Məktubda deyilir ki, Cənubi Qafqazda ən böyük rus icmasının Azərbaycanda olması yüzilliklərlə Azərbaycanda mövcud olan tolerantlığın bariz nümunəsidir. Ölkədə bütün milli azlıqların hüquq və azadlıqlarının təmin olunduğunu, öz milli-mədəni dəyərlərini qorumağa imkan yaradıldığını bildirən prezident, rus icmasının Azərbaycanda quruculuq işlərində yaxından iştirak etdiyini, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlər verdiyini xatırladıb.
Qurultayda çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanda tolerantlığın son dərəcə yüksək olduğunu bildirib: “Azərbaycan elə bir ölkədir ki, burada sosial tolerantlıq yüksək səviyyədə mövcuddur. Ölkədə milli azlıqların öz milli-mədəni dəyərlərini qorumaq üçün bütün şərait yaradılıb, bu şəraitdən düzgün istifadə etmək vacibdir. Azərbaycanda rus icması kağız üzərində deyil, reallıqda fəaliyyət göstərir, Rusiya hökuməti rus icmasına hər zaman yardım edib və edəcək”.
Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr Ata deyib ki, ruslar Azərbaycanın tam hüquqlu vətəndaşlarıdırlar: “Çoxmillətlilik Azərbaycanın sərvətidir, rus icması bu varlığın bir hissəsidir”.
Millət vəkili Mixail Zabelin icmanın 5 il ərzində gördüyü işlərdən danışıb: “Bu müddət ərzində Azərbaycan məktəblərində rus dilinin tədrisi genişləndirilib, 50 məktəbdə rus dilinin dərindən öyrənilməsi layihəsinə başlanılır. İcmanın təşəbbüsü ilə Rusiyanın Azərbaycandakı səfirliyi 120 təqaüdçünün evində peyk antenaları quraşdırılmasına yardım edib, ildə 35 nəfər müalicə olunmaq üçün Moskvaya göndərilir, 180 veteran və tənha qoca maddi yardım alır, məktəblərə rus dilində bədii ədəbiyyat və dərs vəsaiti paylanılır. Azərbaycan xalqı hər zaman tolerant olub, bizim isə ən böyük səhvimiz ondadır ki, dövlət dili olan Azərbaycan dilini pis öyrənirik. Buna diqqəti artırmalıyıq. Azərbaycan dilini bilmədən cəmiyyətə dərindən inteqrasiya etmək mümkün olmayacaq”. İcma rəhbəri Azərbaycanda hansısa bir millətin hüquqlarını pozan heç bir qanunun mövcud olmadığını deyib.
Daha sonra qurultayda Moskva hökumətinin təmsilçisi Aleksey Yesipenko Moskva meri Yuri Lujkovun sərəncamı ilə Mixail Zabelinə beynəlxalq əlaqələrin inkişafına görə “Moskva hökumətinin xatirə nişanı”nı təqdim edib.
Tədbirdə təftiş komissiyası, mandat komissiyası öz hesabatlarını təqdim ediblər, müxtəlif komissiya və icmanın rayon bölmələrinin rəhbərləri çıxış ediblər. Qurultayda icma sədrini və Respublika Şurasının yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçiriləcək.
Xəbər Lenti
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb