Bank Of Baku

Azərbaycanın Konstitusiya günü Moskvada qeyd olunub - FOTO

Azərbaycanın Konstitusiya günü Moskvada qeyd olunub - <font color=red>FOTO</font>
# 12 noyabr 2009 14:12 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Moskva Dövlət Hüquq Akademiyasında Azərbaycan Konstitusiyasının qəbul olunmasının 14-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. APA-nın Moskvadakı əməkdaşının verdiyi məlumata görə, konfrans Rusiyada Azərbaycan Gənclər Təşkilatı, Azərbaycanın Rusiyadakı səfirliyi və Moskva Dövlət Hüquq Akademiyası tərəfindən təşkil olunub. Konfransın keçirilməsində məqsəd akademiyanın tələbələrini suveren Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması prosesi ilə tanış etməkdir. Konfransda çıxış edən Moskva Dövlət Hüquq Akademiyasının rektoru Viktor Blajeyev Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Heydər Əliyevin 1997-ci ildə bu akademiyanın fəxri akademiki adına layiq görülməsi hazırda burada təhsil alan azərbaycanlıların üzərinə əlavə məsuliyyət qoyur. Konfransda çıxış edən Bakı Dövlət Universitetinin professoru Eldar İsmayılov suveren Azərbaycanın ilk Konstitusiyasının qəbulu prosesi haqqında iştirakçılara məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR