Bank Of Baku

Gürcüstanda təbii fəlakətdən zərər çəkmiş azərbaycanlılara yardım göstərilmir - FOTOSESSİYA

Gürcüstanda təbii fəlakətdən zərər çəkmiş azərbaycanlılara yardım göstərilmir - <font color=red>FOTOSESSİYA</font>
# 14 noyabr 2009 07:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Aramsız yağan leysan yağışlar Kaxeti regionuna 1 milyon lari dəyərində ziyan vurub. Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev APA-nın Gürcüstan bürosuna bildirib ki, bu regionda təbii fəlakətdən ən çox azərbaycanlılar ziyan çəkib: “Bu regionda kompakt yaşayan azərbaycanlıların sosial həyat tərzi çıxılmaz vəziyyətə düşüb. Onlara yardım edən yoxdur. Rayon və bölgə rəhbərliyi dəfələrlə yerlərdə olub, təbii fəlakətin nəticələrini öyrənib, lakin ölçü götürən yoxdur. Qarşıdan qarlı qış gəlir, yerli əhali nə edəcəyini bilmir. Sel suları onların qış azuqəsini tamamilə yuyub aparıb. Mən bütün hökumət üzvlərinə, eyni zamanda azərbaycanlı iş adamlarına müraciət edirəm. Bu insanlara müvəqqəti də olsa, kömək etmək lazımdır”.

Ə. Babayev təbii fəlakətin Kaspi rayonunun Tsixidziri, Qardabaninin Nəzərli və Kosalı kəndlərinə də ciddi ziyan vurduğunu deyib: “Bu kəndlərdə də azərbaycanlılar zərər çəkib. Bu insanlar Gürcüstan vətəndaşı deyillərmi? Bizim də hüquqlarımız var. Nə vaxtadək Azərbaycana yardım üçün əl açacağıq? Biz Gürcüstan hökumətindən zərər çəkmiş azərbaycanlılara kömək edilməsini tələb edirik. Niyə millətimiz yalnız seçki zamanı yada düşür. Seçkilər bitəndən sonra seçdiyimiz deputatlar xalqa yaxın gəlmir, onların problemlərini həll etmirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR