Bank Of Baku

İsveçdə "Dünya azərbaycanlı gənclərinin həmrəylik təşkilatı"nın "DAGHT-SKANDİNAV" bürosu təsis edilib

İsveçdə "Dünya azərbaycanlı gənclərinin həmrəylik təşkilatı"nın "DAGHT-SKANDİNAV" bürosu təsis edilib
# 16 noyabr 2009 07:01 (UTC +04:00)
Bakı-APA. Danimarka, Norveз, İsveç və Finlandiyada yaşayan azərbaycanlı gənclər bir araya gələrək İsveçin Örebro şəhərində "Dünya azərbaycanlı gənclərinin həmrəylik təşkilatı"-nın "DAGHT-SKANDİNAV" bürosunu təsis edib. Bürodan APA-ya daxil olan məlumata görə, qurumun məqsədi xaricdə yaşayan azərbaycanlı gəncləri bir araya toplamaq, onlar arasında dostluq əlaqələri qurmaq və birgə layihələr həyata keзirməkdir.

Məlumata görə, Skandinaviya ölkələrində yaşayan gənclərin toplantısında azərbaycanlı bloqgerlər Adnan Hacızadə və Emin Millinin həbsinə diqqət ayrılıb, gənclərin həbsini qınayan fikirlər səsləndirilib.

Toplantıda Skandinaviya ölkələrindən 29 nümayəndə iştirak edib. Rahid Bəşirov Skandinaviya bürosunun sədri, Nazim Babayev Danimarka, Azər Nagıyev Norveç, Samir Şərifov Finlandiya məsulları, Mənsur Cəsuroğlu əlaqələndirici katib, Elзin Nəcəfli informasiya bölməsinin rəhbəri seзiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR