Bank Of Baku

Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin əməkdaşı Marneulidə olub

Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin əməkdaşı Marneulidə olub
# 16 noyabr 2009 12:29 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin əməkdaşı Devid Qayl Marneulidə Gürcüstan Beynəlxalq Strateji Tədqiqatlar Fondunun ofisində bölgədə fəaliyyət göstərən 20-dək qeyri-hökumət təşkilatının nümayəndələri, yerli bələdiyyənin deputatları və jurnalistlərlə görüşüb. Fonddan APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, səfirliyin əməkdaşı Kvemo-Kartli regionunda yaşayan əhalinin problemləri və bu problemlərin səbəbləri ilə bağlı iştirakçılarla söhbət aparıb. QHT nümayəndələrinin əsas şikayəti vergi xidməti ilə bağlı olub. Son aylar azərbaycanlılar tərəfindən idarə edilən 50-dək ticarət obyektinin vergi strukturları tərəfindən yoxlanılıb bağlanması qonağın nəzərinə çatdırılıb. D. Qayl dil, din və təhsil sahəsindəki problemlərlə də maraqlanıb. O, xüsusən Faxralı kəndindəki bərpası dayandırılmış məscidlə bağlı insident barədə məlumat toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR