Bank Of Baku

Məşhur qazax kino və teatr rejissoru Azərbaycan Mambetov vəfat edib

Məşhur qazax kino və teatr rejissoru  Azərbaycan Mambetov vəfat edib
# 19 noyabr 2009 07:40 (UTC +04:00)
Astana. Ləman Ağayeva-APA. Dünən axşam Qazaxıstan Respublikasının Xalq Qəhrəmanı, SSRİ-nin xalq artisti, məşhur kino və teatr rejissoru Azərbaycan Mambetov 78 dünyasını dəyişib. Azərbaycan Mambetov sentyabrın 1-i Volqoqrad vilayətində dünyaya gəlib, atasının dostlarının əksəriyyəti azərbaycanlı olduğundan, o, dostlarının şərəfinə oğluna “Azərbaycan” adı verib. O dünyanın bir çox tanınmış yazıçılarının əsərlərinə həm kino, həm də səhnə həyatı bəxş edib. Çingiz Aytmatovun “Ana dünyası” (Materinskoe pole), Çexovun “Vanya dayı”, Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşası bu gün də səhnə həyatı yaşayır. Azərbaycan Mambetovun nəşi bu gün Astanadan Almatıya yola salınıb. Mərhum sabah Almatıda torpağa tapşırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR