Bank Of Baku

Bahar Muradova və Fazil Qəzənfəroğlu Avropa Azərbaycanlıları Konqresi və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısına qatılacaqlar

Bahar Muradova və Fazil Qəzənfəroğlu Avropa Azərbaycanlıları Konqresi və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısına qatılacaqlar
# 19 noyabr 2009 08:03 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədr müavini Bahar Muradova və deputat Fazil Qəzənfəroğlu Avropa Azərbaycanlıları Konqresi və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısında iştirak etmək üçün noyabrın 20-də Almaniyanın Frankfurt şəhərinə yola düşəcəklər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə “Azərbaycan - Türkiyə: ortaq tarix, ortaq maraqlar və problemlər” və “Azərbaycanla Türkiyənin qloballaşan dünyaya inteqrasiyası” mövzusunda müzakirələr aparılacaq. Toplantıda həmçinin hər iki ölkənin diaspor təşkilatları arasında əməkdaşlıq, münasibətlərimizin perspektivləri, inkişaf səviyyəsi, xaricdə yaşayan soydaşların ictimai-siyasi fəallığının artırılması, diaspor təşkilatları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq. B. Muradova tədbirdə “Türk PA türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında mühüm amil kimi” mövzusunda məruzə ilə çıxış edəcək.
Milli Məclisin deputatları Lalə Abbasova və Elmira Axundova isə Cənubi Qafqaz üzrə VI Media Konfransında iştirak etmək üçün Gürcüstana gediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR