Amerikalılar Azərbaycan haqqında nə bilirlər? - SORĞU
Vaşinqton. İzabel Levin-APA. Corctaunda Potomak çayının sahili ilə gəzərkən Corctaun Universitetinin orta yaşlı əməkdaşı Cek Petersonla qarşılaşdım.
- Azərbaycan haqqında eşitmisiniz?
- O nədir ki? - deyə suala sualla cavab verdi.
- Azərbaycan... Ölkədir...
- Hə, yadıma düşdü. 90-cı illərin əvvəllərində mən orada olmuşam. Orada yaxşı və ucuz kürü var! Bir də ki gözəl arxitekturaya malik binalar. Bir az Parisi xatırladır...
Cek Peterson deyir ki, Azərbaycanda bir daha olmaq istərdi, amma ölkə haqqında bundan artıq heç nə bilmir.
“Farragaut West” metro stansiyasına tərəf yollanıram. Parkda iki nəfər küçə musiqiçisi ilə rastlaşdım.
- Ey, uşaqlar, Azərbaycanın harada yerləşdiyini bilirsiniz?
- Azərbaycan? O nədir?
- Bu keçmiş sovet ölkəsidir...Rusiya və İran haqqında nə isə bilirisniz? Azərbaycan onların arasında yerləşir.
- Hə, Rusiya, ayılar, Sibir, hə. İran bir az dəhşətli ölkədir. Hmm, bu Ader...onun adı necə idi? Bu maraqlı yer olmalıdır...
Bir neçə küçə aşağı düşüb “DuPont Circle”ə tərəf irəliləyərək bir kafedə dayanıram. Burada uşaq həkimi Suzan Heninqsə rast gəldim. O deyir ki, Azərbaycandan bir neçə xəstəai olub.
- Mən Azərbaycandan olan üç yaşlı oğlanı müayinə edirdim, onun anası ilə çox ünsiyyətdə olmuşam. Bir dəfə o mənə dadlı şirniyyat gətirmişdi. Paxlava. Çox şirin və ləzzətli idi!
Bir neçə məhəllə irəliləyərək Ağ Evlə üzbəüz parkda skamyada oturub səhər qəzetini oxuyan yaşlı kişiyə yaxınlaşıram.
- Azərbaycan haqqında nəsə bilirsiniz?
- Azərbaycan? Hə, bilirəm. Mən o oteldə – Ağ Evin yanında yerləşən və adətən ABŞ prezidentinin qonaqlarına xidmət edən prezident otelini göstərir - portye işləyirəm. Mən uzun müddət orada işləmişəm və çox dövlət adamları, prezidentlər görmüşəm... Azərbaycanın prezidentini də görmüşəm. O bu oteldə qalırdı. O kifayət qədər yaşlı idi, amma yaşına görə yaxşı görünürdü...
- Onunla danışmaq imkanınız olub?
- Danışmaq? Yox. Orada çoxlu mühafizəçi vardı və bir də mənin vəzifəm qonaqlara yaxşı xidmət göstərməkdir, söhbət etmək yox... Amma o çox yaxşı, mehriban və şən görünürdü.
Həmsöhbətimlə sağollaşıb, National Mall Parka yönəlirəm. Orada Cuill Franklinlə rastlaşıram. Deyir ki, Milli İncəsənət Muzeyində işləyir. Azərbaycan haqqında soruşuram, o Azərbaycanın təbii sərvətləri və iştirak etdiyi enerji layihələri barədə kifayət qədər məlumatlı görünür.
Kapitoliyanın yaxınlığında gənc cütlüyə yanaşaraq eyni sualla müraciət edirəm. Lekeyşa və Kevin deyirlər ki, altı ay Yekaterinburqda ingilis dili dərsi deyiblər və orada çoxlu azərbaycanlı ilə qarşılaşıblar. Cütlük deyir ki, Dağlıq Qarabağ münaqişəsi barədə eşidiblər.
Daha sonra “L’Enfant Plaza” biznes mərkəzinə daxil olub portyeyə öz sualımı verirəm. O deyir ki, bu ölkə barədə o qədər çox məlumatı olmasa belə, supermarketlərdən üzərində “Azərbaycan məhsulu” sözü yazılmış nar şirəsı və siroplar alıb.
Hələ də ABŞ-da Azərbaycan haqqında kifayət qədər bilgi yoxdur. Niyə? Mən əslən azərbaycanlı olan məşhur alim Lütfi Zadədən bu barədə soruşuram.
“Fikrimcə, Azərbaycan diasporu kifayət qədər aktivdir, amma məsələn, erməni diasporu kimi çoxsaylı deyil. Burada təxminən 1,5 milyon erməni var, amma fikirləşmirəm ki, ABŞ-da yaşayan azərbaycanlıların sayı bu qədər çox olsun. Məncə yaşadığım Kaliforniyada Azərbaycanın Baş Konsulluğu və Azərbaycanın ABŞ-dakı digər nümayəndəlikləri fəal iş görürlər. Yaxşı olardı ki, Azərbaycandan ABŞ-a oxumağa daha çox tələbə gəlsin. Onlar gənc və aktivdirlər. Onlar Azərbaycan ideyalarının, mədəniyyətinin və dəyərlərinin yayılmasına kömək edə bilərlər”.
Vaşinqtonda iqtisadiyyat təhsili alan azərbaycanlı tələbə Vasif İsmətov başqa bir amili vurğulayır:
“Azərbaycanlılar, məsələn yəhudilər kimi, kompakt yaşamırlar. Azərbaycan diasporunun o qədər də böyük tarixi yoxdur və sayı azdır. Azərbaycan diasporunun əsas hissəsi 90-cı illərin əvvəllərində ABŞ-a köçmüş adamlardır. Burada İrandan olan azərbaycanlılar da var, amma onlar adətən özlərini Azərbaycana aid etmirlər. Buna zaman lazımdır, fikrimcə, gələcəkdə vəziyyət daha da yaxşı olacaq”.
36 yaşlı mühəndis Yeganə Rəsulova on ildən çoxdur ABŞ-da yaşayır. O deyir ki, amerikalıların Azərbaycan haqqında az bilgiləri olmasına həmişə təəssüflənib, amma onun fikrincə, bəzən bu məsələdə azərbaycanlılar özləri müqəssirdir:
“Bizim diaspora hərdən bir yerə toplaşır, amma sizcə onlar bu zaman nə edirlər? Dolma, paxlava, plov bişirirlər. Məgər bizim göstərə biləcəyimiz elə bu qədərdir? Biz ancaq bunu bacarırıq? Azərbaycanın bu qədər dəyərləri var və mən burada yaşayan bütün azərbaycanlıları millətimizi, ölkəmizi təbliğ etməyə çağırıram”.
Xəbər Lenti
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib