Bank Of Baku

DAK-ın Rusiya nümayəndəliyi dövlət qeydiyyatına alınıb

DAK-ın Rusiya nümayəndəliyi dövlət qeydiyyatına alınıb
# 19 noyabr 2009 10:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) Rusiya nümayəndəliyinin müraciətini müsbət cavablandırıb. DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ədliyyə qurumu bütün sənədlərin qaydasında olduğunu bildirərək, konqresin yerli şöbəsinin dövlət qeydiyyatına alınması barədə qərar verib.

Qeyd edək ki, DAK-ın Rusiya nümayəndəliyi uzun illərdir, təsis olunsa da, qeydiyyatsız fəaliyyət göstərib. Nümayəndəlin sədri konqresin İdarə Heyətinin üzvü Mirəşrəf Fətiyevdir.

Onu da əlavə edək ki, bu ilin oktyabrında Ukrayna Ədliyyə Nazirliyi DAK-ın Ukrayna nümayəndəliyini dövlət qeydiyyatına alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR