Bank Of Baku

Qazaxıstanın Petropavlovsk şəhərində “Azərbaycan Günü” festivalı keçirilib - FOTOSESSİYA

Qazaxıstanın Petropavlovsk şəhərində “Azərbaycan Günü” festivalı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 19 noyabr 2009 10:55 (UTC +04:00)
Petropavlovsk. Ləman Ağayeva-APA. Hər il noyabrın 17-də Şimali Qazaxıstanın Petropavlovsk səhərində yaşayan 2000-dən artıq azərbaycanlı ənənəvi Azərbaycan günü festivalı keçirir. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, bu il də Petropavlovsk şəhərində fəaliyyət göstərən Azərbaycan Etno Mədəni Mərkəzi bayram tədbiri keçirdilər. “Azərbaycan Günü” festivalında Azərbaycanın Qazaxıstandakı səfirliyi, Qazaxıstan Xalqlar Assambleyasının Şimalı Qazaxıstan üzrə idarəsinin rəhbərliyi, ölkə parlamentinin deputatları da iştirak edirdilər. Festival hər iki ölkənin himninin səslənməsi ilə başlayıb. Daha sonra “Odlar yurdu” rəqs ansamblının üzvlərinin çıxışı olub. Qazaxıstan parlamentinin deputatı, Petropavlovsk şəhəri, Azərbaycan Etno Mədəni Mərkəzinın rəhbəri Gülağa İldırımlı APA-nın müxbirinə açıqlamasında diasporun gördüyü işlərdən danışıb: “Petropavlovsk şəhərinin 17 saylı məktəbində mərkəzimizə təşəbbüsü ilə “Bazar günü ” məktəbi fəaliyyət göstərir. Bizim diasporun üzvlərinin bütün övladları bu məktəbə gələrək ana dilini, vətən tarixini öyrənirlər. Artıq üç ildir ki, Azərbaycandan uşaqlarımıza rəqslərimizi öyrətmək üçün rəqs müəllimi də gətirmişik. Bütün bayram və festivallarda bizim “Odlar yurdu ” rəqs ansamblımız mükafatlar qazanır. Belə bayramlar və festivallar uşaqlara öz kimliyini, tarixini , mədəniyyətini tanıtmağa imkan verir. Biz həm də başqa xalqlara öz mədəniyyətimizi göstəririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR