Bank Of Baku

Almaniyada Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türkiyə Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçiriləcək

Almaniyada Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türkiyə Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçiriləcək
# 20 noyabr 2009 15:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türkiyə Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclas üç paneldən ibarət olacaq. Toplantıda “Azərbaycan-Türkiyə: ortaq tarix, ortaq maraqlar və ortaq problemlər”, “Azərbaycan və Türkiyənin qloballaşan dünyaya inteqrasiyası: reallıqlar, problemlər və perspektivlər” və “Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əməkdaşlığın müasir inkişaf səviyyəsi və perspektivləri” mövzularında müzakirələr aparılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək ikigünlük toplantıda adı çəkilən təşkilatların üzvləri ilə yanaşı, Azərbaycanın dövlət rəsmiləri və millət vəkillərinin də iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR