Almaniyada Avropa Azərbaycanlıları Konqresi Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib - FOTO
Toplantını açan AAK prezidenti Başar Kömür bildirib ki, Türkiyə ilə Ermənistan arasında bu il oktyabrın 10-da imzalanmış protokollar dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını və türkü narahat etməkdədir: “Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qalmaqda davam etdiyi, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün kimi yaşadığı bir vaxtda bu məsələnin gündəmə çıxması təbii ki, bizi narahat etməyə bilməz. Biz ümid edirik ki, Türkiyə hökumətinin münaqişə həll edilməyincə protokolların ratifikasiya olunmayacağı barədə bəyanatları sonadək öz qüvvəsində qalacaq. Bununla yanaşı hesab edirik ki, Azərbaycan və Türk diasporları da bu məsələyə öz münasibətini ifadə etməlidir”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, Türkiyə rəsmiləri imzalanan protokolların Azərbaycan-Türkiyə münasibətlərinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməyəcəyinə, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymayınca sərhədlərin açılmayacağına dair bəyanatlar səslədirsələr də, bölgədə son baş verənlər narahatlığa əsas olduğunu göstərir: “Son dövrlərdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycan və Türkiyə münasibətlərinə təsirini araşdırmağa, məsələyə hər iki xalqın diasporunun yanaşmasını ortaya qoymağa ehtiyac var” deyən komitə sədri bildirib ki, bu tədbir bu istiqamətdə ictimai müzakirələr aparmaq üçün əlverişli imkandır.
Milli Məclis sədrinin müavini Bahar Muradova əminliyini bildirib ki, bu toplantı Azərbaycanla Türkiyənin dostluğuna öz töhfəsini verəcək: “Türkiyəni bu yolda hər hansı səhv addımdan çəkinməyə çağırırıq, inanırıq ki, Türkiyənin özünün maraqları içərisində Azərbaycanın da maraqları yer alır”.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının regionda sülhə və əməkdaşlığa təsiri” mövzusunda çıxış edib. Ə. Həsənov Azərbaycan-Türkiyə münasibətlərində Ermənistan-Azərbaycan münaqişəsinin yeri və roluna toxunub, Türkiyənin həyata keçirdiyi müasir siyasətin bu işə təsirindən bəhs edib. Şöbə müdiri xüsusən Türkiyə hökumətinin sərhəd məsələsində mövqeyindən, enerji nəqli, qaz və tranzit qiymətlərinə münasibətindən danışıb. Eyni zamanda o Türkiyə mediasında antiazərbaycan kampaniyasına da münasibət bildirib və bu məsələlərlə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını qeyd edib. Sonda Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələri və türkiyənin Cənubi Qafqazda yürütdüyü siyasətlə bağlı mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırıb. TBMM-in CHP sədrinin müavini Yılmaz Atəş partiya sədri Dəniz Baykalın tədbir iştirakçılarına məktubunu oxuyub.
“Türkiyənin Cənubi Qafqaz siyasətində Azərbaycanın yeri” mövzusunda çıxış edən türkiyəli millət vəkili bildirib ki, Türkiyənin Azərbaycana inamını itirməsi düşünülə bilməz və düşünülməməlidir: “Ermənistanla sərhədlərin açılması yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsi halında mümkündür”.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru Musa Qasımov, TBMM-nin üzvü Atilla Kaya, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, TBMM üzvü Osman Kaptan, Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elman Nəsirov, TBMM-nin MHP-dən olan millət vəkili Mətin Ergün, TBMM-in CHP-dən olan üzvü Canan Arıtman, Azərbaycan Milli Məclisinin deputatları Fazil Mustafa, Sabir Rüstəmxanlı panellərdə aparılan müzakirələrdə çıxış ediblər.
Birgə toplantısının sonunda Azərbaycan və Türkiyə prezidentlərinə, eləcə də hər iki ölkənin parlamentlərinə müraciət qəbul olunub. Müraciətlərdə deyilir: “Biz Azərbaycan əraziləri işğaldan azad edilmədən, bir milyona yaxın soydaşımızın öz doğma torpaqlarına qayıdışı mümkün olmadan, eyni zamanda Türkiyəyə qarşı soyqırımı və ərazi iddiaları ortadan qalxmadan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların təsdiqlənməsinin qəti əleyhinə olduğumuzu bildiririk. Biz əminik ki, zəngin dövlətçilik ənənələrinə malik Türkiyə dövləti tarixin bu sınağından da üzüağ çıxacaq, qardaş və dost ölkə olan olan Azərbaycanın maraqlarına zidd heç bir addım atmayacaq”.
Xəbər Lenti
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib