Bank Of Baku

DAK Milli Hökumətin 64-cü ildönümü münasibətilə dəyirmi masa keçirəcək

DAK Milli Hökumətin 64-cü ildönümü münasibətilə dəyirmi masa keçirəcək
# 24 noyabr 2009 01:43 (UTC +04:00)
Bakı – APA. Dekabrın 10-da Azərbaycan Atatürk Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının rəhbərliyi altında qurulmuş Güney Azərbaycan Milli Hökumətinin 64-cü ildönümü münasibətilə dəyirmi masa keçiriləcək.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın ictimai-siyasi xadimləri, millət vəkilləri, quzeyli-güneyli tələbələr iştirak edəcəklər.

Dəyirmi masada 21 Azər Hərəkatının mahiyyəti, Milli Hökumətin həyata keçirdiyi və gerçəkləşdirə bilmədiyi islahatlar, bu hərəkatın Güney Azərbaycan Milli Hərəkatına verdiyi töhfələr və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR