Bank Of Baku

Ümumrusiya Azərbaycan Konqresinin 3-cü qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin 3-cü qurultayı keçiriləcək
# 24 noyabr 2009 13:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dekabrın 5-də Moskva şəhərindəki “Prezident” otelində Ümumrusiya Azərbaycan Konqresinin 3-cü qurultayı keçiriləcək. Bu barədə APA-ya qurumun icraçı direktorunun birinci müavini İlqar Hacıyev məlumat verib. O bildirib ki, qurultaya Rusiyanın 78 bölgəsindən 200-dən artıq nümayəndə seçilib. ÜAK-ın prezidenti Məmməd Əliyev qurultayda təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatla çıxış edəcək. Sonra məruzə ətrafında çıxışlar olacaq, təkliflər səslənəcək. Mərkəzi Şura, Rəyasət Heyəti, prezident və vitse-prezidentlərin seçkisi keçiriləcək.

İ. Hacıyevin sözlərinə görə, təşkilatın Nizamnaməsinə bəzi dəyişikliklər edilməsi də nəzərdə tutulur. İştirakçılar Dağlıq Qarabağ problemi ilə bağlı müraciət qəbul edəcəklər.

Qurultayda Rusiya və Azərbaycanın yüksək vəzifəli şəxslərinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR