Bank Of Baku

Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupu yaradılıb - FOTO

Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupu yaradılıb - <font color=red>FOTO</font>
# 24 noyabr 2009 15:33 (UTC +04:00)
Bakı-APA. Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupu yaradılıb. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının Almaniyanın Frankfurt şəhərində keçirilən birgə toplantısından sonra bir araya gələn xanımlar Avropada “Azərbaycan qadını” fenomeninin təbliğinin vacib olduğunu və bu məkanda yaşayan azərbaycanlı qadınların üzərinə getdikcə daha böyük məsuliyyətin düşdüyünü vurğulayıblar. Bu təşəbbüsü ilk olaraq irəli sürən Niderlanddakı Azərbaycanlı Qadınlar Birliynin sədri, Azərbaycan və Niderland Yazıçılar İttifaqlarının üzvü Gülşən Kazimova məruzə ilə çıxış edib. O bildlrib ki, belə bir qurumun yaradılması ideyası Avropada yaşayan azərbaycanlı xanimları daha da fəallaşdırmaq məqsədilə irəlü sürülüb. G.Kazımovanın sözlərinə görə, yeni yaradılan birlik azərbaycanlı qadınların, eləcə də qadın təşkilatlarının arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcək, onlar bir-biri ilə daha sıx ünsiyyətdə, əlaqədə olacaqlar.

Qeyd edək ki, təşəbbüs qrupuna Niderland, Almaniya, Danimarka, İsveçdən olan Azərbaycan diasporunun qadın fəalları daxildir. Təşəbbüs qrupu digər ölkələrdəki qadın təşkilatlarını da bu quruma cəlb edəcək, birliyin konsepsiyasinı hazırlayacaq və 2010-cu ilin birinci yarısında təsis konfransı keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR