Bank Of Baku

Rusiya prezidenti Ulyanovskdakı Azərbaycan diasporunun fəaliyyətini alqışlayıb

Rusiya prezidenti Ulyanovskdakı Azərbaycan diasporunun fəaliyyətini alqışlayıb
# 25 noyabr 2009 11:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Prezident İlham Əliyev Rusiyanın Ulyanovsk şəhərinə işgüzar səfəri zamanı rusiyalı həmkarı Dmitri Medvedyevlə birlikdə Azərbaycan diasporunun üzvləri ilə görüşüb. Görüşdə iştirak edən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk regional təşkilatının sədri İslam Hüseynov APA-ya bildirib ki, şəhərin mərkəzi meydanlarından birinə Heydər Əliyevin adının verilməsi və heykəlinin ucaldılması Azərbaycan-Rusiya dostluğunun rəmzi, Rusiya xalqının və dövlətinin ona hörmətinin göstəricisi, D. Medvedyevin yürütdüyü düzgün milli siyasətinin nəticəsidir.

İ. Hüseynov meydana Heydər Əliyevin adının verilməsinə, heykəlin ətrafında abadlıq işlərinin aparılmasına Ulyanovsk vilayətinin qubernatoru Serqey Morozovun böyük köməyi olduğunu qeyd edib: “Mən prezidentlərə bildirdim ki, Ulyanovsk vilayətində 40 minə yaxın azərbaycanlı yaşayır, onlara çox yaxşı münasibət var. Biz burada özümüzü vətənimizdəki kimi hiss edirik. Meydanın yaxınlığında yerləşən 78 saylı məktəbdə Azərbaycan tarixi və mədəniyyəti muzeyi yaratmışıq, orada Heydər Əliyevə həsr olunmuş ayrıca stend var. Bundan əlavə, «Voskresnaya şkola» açmışıq, orada Azərbaycan dili, tarixi, coğrafiyası, ədəbiyyatı öyrənilir”.

İ. Hüseynov Azərbaycan diasporunun “Neftçi-VAK” komandasının minifutbol üzrə şəhər gənclər çempionatında iştirak etdiyini də diqqətə çatdırıb.

D. Medvedyev Azərbaycan diasporunun gördüyü işləri alqışlayıb. Hər iki prezident Azərbaycan və Rusiya dövlətləri arasında möhkəm dostluq əlaqələrinin olduğunu qeyd edib, bunun digər dövlətlərə nümunə ola biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR