Bank Of Baku

Azərbaycanın təhsil naziri Misir Mərdanov Gürcüstanda səfərdədir - FOTO

Azərbaycanın təhsil naziri Misir Mərdanov Gürcüstanda səfərdədir - <font color=red>FOTO</font>
# 25 noyabr 2009 12:49 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanov bu ölkənin elm və təhsil naziri Nika Qvaramiya ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazirlər Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin vəziyyətini, kadr potensialını, məktəblərin dərsliklərlə təmin edilməsi və yeni məktəblərin tikintisi məsələlərini müzakirə ediblər.

M. Mərdanov Heydər Əliyevin Tiflisdəki büstü önünə əklil qoyduqdan, gürcü və Azərbaycan dilində tədris aparılan 73 saylı orta məktəbi ziyarət etdikdən sonra Marneuliyə yola düşüb. O, gürcüstanlı həmkarı ilə birlikdə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin pedaqoji kollektivi və tələbələri ilə görüşüb. Daha sonra nazirlər Marneuli şəhərində azərbaycanlıların təhsil aldığı 3, 8 və 4 saylı orta məktəblərdə keçirilən tədbirlərə qatılıblar.

M. Mərdanov jurnalistlərə açıqlamasında Azərbaycanla Gürcüstanın dost və strateji tərəfdaş olduğunu deyib: “Həmkarım Nika Qvaramiya ilə birlikdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə olan bütün problemləri səmimi şəkildə müzakirə etdik. Aldığımız cavablar müsbətdir. Belə problemlər həmişə olub. Ən əsası odur ki, bizim bütün xahişlərimizi və söylədiklərimizi diqqətlə dinlədilər və gələcəkdə bu problemlərin həll edəcəyinə söz verdilər. Gürcüstanda Azərbaycan məktəblərinin dərslik ehtiyacını biz ödəyəcəyik, eyni zamanda hamı bilməlidir ki, bura Gürcüstan Respublikasıdır və dövlət dili gürcü dilidir. Yaxşı olar ki, burada yaşayan azərbaycanlılar dövlət dilini bilsinlər”.

N. Qvaramiya isə belə görüşlərin hər iki tərəf üçün sərfəli olduğunu vurğulayıb: “Bütün problemləri birlikdə həll edə bilərik. Məktəblərin infrastrukturu, pedaqoji kadrların vəziyyəti, müəllimlərin təkmilləşdirilməsi məsələləri və digər problemləri birlikdə həll etməyə çalışacağıq. Bu işlərin görülməsində tərəfdaşımız olan Azərbaycan Təhsil Nazirliyinin köməyindən də bəhrələnəcəyik”.

M. Mərdanov Dmanisi rayonundakı Azərbaycandilli məktəblərə də baş çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR