Bank Of Baku

Tiflisdə “Milli etnik azlıqlar və özünüidarəetmə” mövzusunda forum keçirilib

Tiflisdə “Milli etnik azlıqlar və özünüidarəetmə” mövzusunda forum keçirilib
# 28 noyabr 2009 08:14 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflis şəhərində “Gürcüstanda milli azlıqlar və özünüidarəetmə” mövzusunda forum keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Hollandiyanın Gürcüstandakı səfiri Piter Yan Lanqenberq açıb. Hollandiya XİN-in dəstəyi ilə təşkil olunan forumda azərbaycanlı və erməni icmalarının nümayəndələri, Gürcüstanın və bir neçə xarici ölkənin ekspertləri, dövlət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə özünüidarəetmə sistemində azlıqların iştirakı barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, azlıqların kompakt yaşadığı bölgələrdə parlament və hökumət tərəfindən qəbul edilmiş qanun və qərarları təbliğ etmək, QHT nümayəndələrinin təcrübəsini etnik azlıqların problemlərinin həllinə yönəltmək və bununla bağlı layihələr həyata keçirmək olar. Forumda vurğulanıb ki, bu sahədə Hollandiyada fəaliyyət göstərən özünüidarəetmə strukturlarının təcrübəsindən də bəhrələnmək lazımdır.

Mövzu ətrafında müzakirələrdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin nümayəndəsi Maya Xviçiya, Rustavi bələdiyyəsinin sədr müavini Kaxa Qurgenidze, Cnori kollecinin professoru Mamuka Qaraşvili, Konstitusiya üzrə ekspert Vaxtanq Xmaladze, QHT rəhbəri Bəxtiyar Zeynalov və başqaları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR