Bank Of Baku

Gürcüstan prezidenti azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib

Gürcüstan prezidenti azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib
# 28 noyabr 2009 15:04 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti ölkəsindəki müsəlmanları təbrik edib, onlarla çay süfrəsi arxasında söhbət edib.

M. Saakaşvili bölgədə kompakt yaşayan azərbaycanlıların problemləri ilə maraqlanıb, bəzi problemləri həll edib.

Ölkə prezidenti bölgə və rayon rəhbərliyinə azərbaycanlıların sosial problemlərinin tezliklə həll edilməsi barədə tapşırıqlar verib.

Gürcüstan prezidenti jurnalistlərə açıqlamasında bildirib ki, Qurban bayramı təkcə Gürcüstanda yaşayan azərbaycanlıların deyil, bölgədə yaşayan xalqların bayramıdır: “Bu bayram xalqları dostluğa, təmizliyə, paklığa çağırır. Biz həmişə Azərbaycan xalqının köməyini, dəstəyini görmüşük.”
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR