Bank Of Baku

Tiflisdə “Milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası” mövzusunda görüş keçirilib

Tiflisdə “Milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası” mövzusunda görüş keçirilib
# 01 dekabr 2009 08:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Dünən Tiflisdə “Milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası” layihəsi çərçivəsində Kvemo-Kartli və Cavaxetiya bölgələrində fəaliyyət göstərən QHT nümayəndələrinin görüşü olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş Gürcüstan Beynəlxalq Strateji Tədqiqatlar Fondunun təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze, Gürcüstan DİN nümayəndəsi Roin Ramişvili, Elm və Təhsil Nazirliyinin əməkdaşı Rusudan Çanturiya, Gürcüstan Ombudsman aparatının nümayəndəsi Koba Çopliani və digər nümayəndələr iştirak ediblər. Reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze görüş iştirakçılarına bildirib ki, bu görüş “Tolerantlıq və səbr” proqramı prosesində həyata keçirilən bir layihədir. “Bu, mövcud durumda çox vacibdir. Belə görüşlərdə əsas məqsədimiz ictimaiyyət nümayəndələri ilə reinteqrasiya nazirliyinin əməkdaşlığını gücləndirməkdir. Biz bu proqramın həyata keçirilmə müddətini 5 il üçün nəzərdə tutmuşuq”.

Aparılan müzakirələrdə Kvemo-Kartlidən gəlmiş azərbaycanlılar və Cavaxetiyadan gəlmiş ermənilər iştirak ediblər. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nümayəndəsi Leyla Məmmədova “Təhsil sahəsində Azərbaycandilli məktəblərin problemləri” barədə, Leyla Süleymanova “Qadınların sosial-iqtisadi problemi və kommunikasiya məsələləri və Kvemo-Kartlidə mülki reestr xidmətinin işi ” barədə, jurnalist Zaur Darğallı bölgədə informasiya çatışmazlığından və Emin Əhmədov gənclərin mövcud problemlərindən danışaraq, bu həlli vacib məsələlərin milli azlıqların həyatında ən prioritet məsələlər olduğunu vurğulayıblar. Görüşdə həmçinin Cavaxetiyadan gəlmiş milli azlıqların nümayəndələri də çıxış ediblər.

Tədbirdə çıxış edən milli azlıq nümayəndələri bildiriblər ki, müasir dövrdə ictimaiyyət nümayəndələri ilə reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin fəal əməkdaşlığı günün prioritet məsələlərinin həllində vacib faktorlardan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR