Amerika Türk Koalisiyasının rezident eksperti Bryus Feyn: “Birləşmiş Ştatlardakı türk və azərbaycanlı diasporları arasında münaqişə deyil, maraqların rəqabəti var”
- Ermənistanla Türkiyə arasında münasibətlər normallaşmağa başladıqdan sonra ABŞ-dakı azərbaycanlı və Türk diasporlarının münasibətlərində problemlər yaranıb. Bu problemlər nə qədər təhlükəlidir?
- Bizim iki diaspora arasında münaqişə olduğunu fikirləşmirəm. Bildiyim qədər gərginlik var, sadəcə ona görə ki, Türkiyə Azərbaycan deyil. Fikir ayrılıqlarının mövcud olduğu məsələ Dağlıq Qarabağdır. Birinci dünya müharibəsindəki hadisələri unutmaq və sərhədləri açmaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və ermənilərin işğal olunmuş torpaqlardan çıxması üçün vasitə ola bilər. Bu maraqların rəqabətidir, onu münaqişə adlandırmaq düzgün olmazdı. Məncə daimi dostu və düşməni olmayan ölkələrin daimi maraqları olur. Türkiyənin baş naziri açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ mövzusu ətrafında alver etməyəcəklər. Bu təslimçilik və ya ermənilərin tələbini yerinə yetirmək deyil. Deməzdim ki, onlar arasında münaqişə var. Harmoniya yaradan siyasət qurmaq üçün diqqətli olmaq lazımdır. Məncə baş verənlər də bundan ibarətdir. Düşünmürəm ki, Türkiyənin Ermənistanla sərhədləri açmaq planı o demək deyil ki, Türkiyə Dağlıq Qarabağın işğalına görə narahat olmur.
- İki ölkə arasında münasibətlərin normallaşmasına baxmayaraq, erməni diasporu Türkiyəyə qarşı fəaliyyətini davam etdirir. Onlar Konqresə məktub göndərir, “soyqırırm” məsələsini yenidən qaldırırlar. Senator Makkeyn də deyib ki, “soyqırım” doğrudan da baş verib...
- Ermənistan hökuməti ilə erməni diasporu eyni deyil. Razıyam, rəsmi İrəvan diasporu dinləməlidir, ona görə ki, onun büdcəsinin üçdə bir hissəsini diasporun ianələri təşkil edir. Son illərin təcrübəsi göstərir ki, diaspora hökumətdən fərqli olaraq daha nifrətlə dolu və aqressivdir. Amma erməni diasporu uzun illər bundan əvvəl mövcud olan diaspordan fərqlənir. Mən ehtiyatla nikbin olmağa çalışıram. Diaspora artıq hökuməti məcbur edə bilmir ki, barışığa getməsin və arxiv materiallarını araşdıracaq komissiyanın yaradılmasına razılaşmasın. Senator Makkeynə gəldikdə isə soyqırımı məsələsi hüquqşünas və tarixçilərin işidir. Senator Makkeyn isə tarixçi və ya hüquqşünas deyil. Təəssüf ki, Makkeyn də daxil olmaqla bir sıra siyasətçilər bundan öz məqsədləri üçün istifadə edirlər. Yadınızdadırsa, Makkeyn prezident seçki kampaniyası zamanı “bu, yəhudi-xristian dövlətidir” deməklə səhvə yol verib. Konstitusiyaya görə isə din siyasətdən ayrıdır.
- Türk diasporu Dağlıq Qarabağ və digər məsələləri konqresin diqqətində saxlamaq üçün Azərbaycan diasporuna necə kömək edə bilər?
- Fikrimcə, Türk diasporunun təcrübəsindən istifadə olunacaq sahələr konqres üzvlərinə necə təsir göstərmək, onlara müraciət zamanı hansı arqumentlərdən istifadə etmək, yerli mediadan yararlanmaqdır. Bunlar açıq demokratiyaların sınaqdan çıxmış alətləridir. Türk diasporu eyni zamanda ABŞ-da siyasətin necə qurulduğunu izah edə bilər. Məncə azərbaycanlı və Türk diaporaları arasında tez-tez görüşlər keçirmək düzgün olardı.
Xəbər Lenti
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib