Bank Of Baku

Yaponiya Gürcüstanda milli azlıqlar üçün məktəb tikəcək

Yaponiya Gürcüstanda milli azlıqlar üçün məktəb tikəcək
# 02 dekabr 2009 07:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Yaponiyanın Gürcüstandakı səfirliyi soydaşlarımızın kompakt yaşadığı Marneuli rayonunun Axlılələ kəndində müasir standartlara uyğun məktəb binası tikəcək. Bu barədə APA-nın Gürcüstan bürosuna reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev məlumat verib. Onun sözlərinə görə, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvilinin bilavasitə təşəbbüsü ilə Yaponiyanın Gürcüstandakı səfirliyi belə bir qərar qəbul edib: “Məktəb tikintisinə yeni ildən sonra başlanılacaq. Bunun üçün səfirlik 72.832 dollar vəsait ayırıb. Məktəb tam olaraq Avropa standartlarına uyğun tikiləcək və 2010-cu dərs ilində Axlılələ kəndinin məktəbliləri yeni məktəb binasında oxuyacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR