Moskvadakı Azərbaycan səfirliyində Rusiyada işləyən azərbaycanlı həkimlərlə görüş keçirilib - FOTOSESSİYA
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu həkimlik sənətinin çox mühüm sənət olduğunu deyib: “Həkim valideynlərdən sonra insana ən yaxın adamdır. Biz ona öz sirlərimizi, bədənimizi, sağlamlığımızı etibar edirik. Həkimlik sənəti digər sənətlərdən seçilir. Rusiyada çoxlu sayda peşəkar azərbaycanlı həkimlərin çalışması mühüm faktdır”. Səfir Azərbaycanda səhiyyə sisteminin sürətlə inkişaf etdiyini, yeni xəstəxanalar, poliklinikalar, tibb mərkəzləri açıldığını, bu müəssisələrin ən müasir avadanlıqlarla təchiz olunduğunu deyib. Polad Bülbüloğlu Azərbaycan və Rusiyanın tibb işçiləri arasında təcrübə mübadiləsinin aparılmasını vacib sayıb.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiya Azərbaycan Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva insan həyatını xilas edən insanlarla təşkil olunan görüşün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Siz insanlara gələcək üçün ümidlər bəxş edir və ən əsas köməyi göstərirsiniz. Gördüyünüz xeyirxah işlərə görə sizə təşəkkür edirəm”.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin iki ilə əvvəl fəaliyyətə başladığını deyən Leyla Əliyeva bu müddət ərzində mədəniyyət, elm, idman, təhsil sahəsində aktiv iş aparıldığını, bununla belə nümayəndəliyini fəaliyyətinin prioritet istiqamətlərindən birinin səhiyyə sahəsi olduğunu deyib. O Heydər Əliyev Fondunun tibb sahəsində gördüyü işləri sadalayıb və bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. Leyla Əliyevanın sözlərinə görə, fond 2004-cü ildən şəkərli diabetdən əziyyət çəkən uşaqların problemlərinin həlli istiqamətində layihə gerçəkləşdirir: 2005-ci ilin fevralından isə gerçəkləşdirilən “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində Bakıda müasir Talasemiya Mərkəzi tikilib, yeni səhiyyə müəssisələri tikilir, köhnə tibb müəssisələri isə yenidən qurulur. Bu il Uşaq Psixonevroloji Dispanseri açılıb, Əzizbəyov rayonunun Türkan qəsəbəsində poliklinika təmir olunub, Şüvəlanda xəstəxana, Zirə qəsəbəsində müalicə diaqnostika mərkəzi yenidən qurulub və müasir avadanlıqlarla təchiz edilib. 2008-ci ilin aprelində Qala qəsəbəsində müasir tibb mərkəzi qurulub, “Təbəssüm” uşaq sanatoriyası təmir olunub”.
Leyla Əliyevanın sözlərinə görə, Heydər Əliyev Fondu son beş il ərzində 10 mindən artıq Azərbaycan vətəndaşına tibbi yardım göstərib, fondun xətti ilə 763 cərrahiyyə əməliyyatı aparılıb, 100-dən artıq xəstə müayinə və müalicə olunmaq üçün xaricə göndərilib.
Daha sonra tədbirdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbirdə çıxış edən natiqlər bu cür görüşlərin keçirilməsini vacib sayıblar. Görüşün sonunda iştirakçılara mükafat və xatirə hədiyyələri təqdim edilib.
Xəbər Lenti
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib