Bank Of Baku

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu “Euronews” kanalına etiraz edib

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu “Euronews” kanalına etiraz edib
# 03 dekabr 2009 13:49 (UTC +04:00)
Bakı-APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) bu yaxınlarda “Euronews” kanalı ilə Dağlıq Qarabağ haqqında sənədli filmin nümayiş etdirilməsi ilə bağlı etiraz bəyanatı verib. Forumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun İdarə Heyətinin qəbul etdiyi bəyanatda bildirilib ki, sənədli filmdə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məlumat birtərəfli və qeyri-obyektiv verilib: “Münaqişənin əsl səbəbləri, bugünkü Ermənistan hakimiyyətinin etnik təmizləmə siyasəti qurbanları olan azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında məlumatların verilməməsi təəssüf hissi doğurur. “Euronews” kanalının Avropa qitəsində çoxmilyonluq tamaşaçı auditoriyasına malik olduğunu nəzərə alanda, belə bir filmin bu kanalla nümayiş etdirilməsi Avropada münaqişəyə münasibətdə ictimai fikrin düzgün formalaşmamasına aparıb çıxarır”.
Bəyanatda qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında Avropanın dəstək verdiyi danışıqlar prosesinin intensivləşməsi fonunda provokasiya xarakterli filmin nümayişi münaqişənin ədalətli yolla həllinə olan ümidləri azaltmaqla yanaşı, Avropanın danışıqlar prosesində iştirakı haqqında ictimai fikrə mənfi təsir edir.
DƏ-İKGF “Euronews” rəhbərliyindən bu filmin nümayişinin dayandırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi, o cümlədən Avropa auditoriyası üçün Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatın hazırlanıb verilməsini tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR