Bank Of Baku

Kvemo-Kartli qubernatoru: “Azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyinə sadiq olublar”

Kvemo-Kartli qubernatoru: “Azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyinə sadiq olublar”
# 04 dekabr 2009 06:40 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə - APA. “Yeni ildən sonra bölgəmizdə sosial infrastruktur yaxşılaşacaq”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze deyib. O, bölgədə yaşayan azərbaycanlılara minnətdarlığını bildirib: “Onlar zəhmətkeş və istiqanlı xalqdır. Azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyinə sadiq olublar. Bunu tarix də sübut edir. Məhz bu səbəblərə görə, son vaxtlar bölgəmizə diqqət daha çox artıb. Bu il bölgədə yerləşən rayonlarımızın büdcəsi ölkənin qərb zonalarının büdcəsindən çoxdur. ARDNŞ Gürcüstanda sosial infrastrukturun yaxşılaşmasında böyük işlər görür. Bu ildən başlayaraq kəndlərimizə qaz çəkilişi daha geniş vüsət alıb. Ucqar dağ rayonu Dmanisidə də qaz var. Bu iş yeni ildən sonra daha da sürətlənəcək. Bu il yalnız Marneuli rayonunda 3 məktəb tikilib istifadəyə verilib, bir neçə məktəbdə isə təmir işləri aparılıb”.

D. Kirkitadze yollarda da təmir-bərpa işləri aparıldığını söyləyib: “Yeni ildən Tiflis-Rustavi-Qırmızı Körpü istiqamətində yollara beton örtük çəkiləcək. Kəndlərə qədər uzanan yollarımızı da yaxşılaşdırmağa çalışacağıq. Marneuli-Qırmızı Körpü yoluna da asfalt çəkiləcək. Bakıdan çıxan sürücü birbaşa Batumiyə qədər rahat gedə biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR