Bank Of Baku

Ermənilər indi də Gürcüstanda azərbaycanlılar yaşayan ərazilərə iddia edirlər

Ermənilər indi də Gürcüstanda azərbaycanlılar yaşayan ərazilərə iddia edirlər
# 05 dekabr 2009 10:42 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Müraciətdə bildirilib ki, Lori ərazisindən keçən Ermənistan-Gürcüstan sərhədi SSRİ tərəfindən Ermənistanın maraqları nəzərə alınmadan müəyyənləşdirilib: “Real sərhəd Xram çayından keçir və bu, 1920-ci il Paris konfransının hüququ qərarına əsaslanır”.

Erməni təşkilatları rəsmi İrəvandan şimali Lorinin erməni əhalisinin hüquqlarının qorunmasına diqqət yetirməyi, tarixi, hüquqi ədalətin bərpa olunmasını, bu sahədə metodiki işə başlanmasını tələb edirlər. Müraciətdə daha sonra deyilir ki, Lori əsrlər boyunca erməni mədəniyyətinin və milli identifikasiyasının mühüm beşiklərindən biri, coğrafi relyefi ilə əlaqədar olaraq XX əsrin siyasi və demoqrafik dəyişikliklərinədək bölünməz olub.

Qeyd edək ki, ermənilərin iddialı olduqları Xram çayına qədər olan torpaqlarda əsrlər boyu azərbaycanlılar yaşayıb. Kəndlərdəki tarixi qalalar, mədəniyyət abidələri sübut edir ki, bura həmişə azərbaycanlıların vətəni olub. Ermənilərin cəmi 3-4, azərbaycanlıların isə 29 kəndi Xram çayının sahilinə yaxın ərazilərdə salınıb. Onların sırasında Quşçu, Qasımlı, Sadaxlı, Qaçağan, Aşağı və Yuxarı Saral kəndləri də var.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR