Bank Of Baku

Azərbaycanlılar dekabrın 11-də “Euronews”un qarşısında aksiya keçirəcəklər

Azərbaycanlılar dekabrın 11-də  “Euronews”un qarşısında aksiya keçirəcəklər
# 07 dekabr 2009 14:45 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı məlumat verib.

C. Osmanlı deyib ki, aksiyada kanalda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənilərin mənafeyini müdafiə edən verilişin hazırlanmasına və dəfələrlə nümayiş etdirilməsinə etiraz bildiriləcək.

Birlik sədri Avropanın müxtəlif ölkələrindən də azərbaycanlı gənclərin aksiyaya qatılacaqlarını bildirib.

“İrəli” aksiyanın təşkilinə dəstək verir.

Qeyd edək ki, “Euronews” kanalında Azərbaycanın işğal altında olan ərazilərindən hazırlanan reportajda Dağlıq Qarabağın separatçı rejimi müstəqil dövlət, separatçıların başçısı Bako Saakyan isə qondarma qurumun “prezidenti” kimi təqdim olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi bu fakta etirazını bildirib. Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə bildirib ki, əgər “Euronews” kanalı balansı qorumasa, kanalın Azərbaycanın kabel yayımı şəbəkəsində yayılması dayandırıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR